Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ehtiyacı olan uşaqlara yeni ayaqqabılar verə bilmək üçün başladılan kampaniya çərçivəsində model maraqlı paylaşım edib. O, oğlunun və özünün ayaqlarının fotosunu İnstaqram hesabına qoyaraq yazıb:
"Bu paylaşımla ehtiyacı olan bir uşaq ayaqqabı sahibi oldu. Mayın 21-ə qədər sizdə ayağınızın fotosunu "#withoutshoes" haştaqıyla paylaşın və dostlarınızı dəvət edin. Bununla da, daha çox uşaq ayaqqabı sahibi olsun".
Qeyd edək ki, sosial şəbəkələrdə yeni trend olan bu kampaniyanı ayaqqabı firması "Toms" başladıb. Onlar bu haştaqla paylaşılan hər bir çılpaq ayaq fotosuna görə ehtiyacı olan azyaşlılara ayaqqabı paylayacaqlar. Ç.Şikeldən əlavə müğənnilər Tüba Ünsal və Kənan Doğulu da kampaniyaya dəstək olub.
