Albaniyada baş verən zəlzələnin əhatə etdiyi bölgədə azərbaycanlıların olub-olmamasını dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Publika.az-a açıqlamasında bildirdi ki, zəlzələdən xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.
Qeyd edək ki, Albaniyanın paytaxtında baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 150-dən çox xəsarət alan var.