Bosniya və Hersoqovinada zəlzələ olub.

Publika.az xəbər verir ki, ölkənin cənubundakı Nevesinye şəhərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) verilən açıqlamada şəhərdən 77 km məsafədə yerləşən paytaxt Sarayevoda da hiss olunduğu bildirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl qonşu ölkə olan Albaniyada güclü zəlzələlər baş verib.

Zümrüd