"Report" xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin məlumatlarına istinadən "Albanian Daily News" qəzeti bildirib.
Nəşrin məlumatına görə, indiyədək uçqunlar altından təxminən 45 nəfər xilas edilib. Fövqəladə xidmətlərin işçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Albaniyada 6,4 maqnitudalı zəlzələ noyabrın 26-da, yerli vaxtla saat 04:00-da baş verib. ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri paytaxt Tirana yaxınlığındakı Şiyak şəhərindən 10 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Daha əvvəl 23 nəfərin həlak olduğu, 650-dən çox insanın xəsarət aldığı bildirilirdi.