Albaniyada zəlzələdə ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, zəlzələdə ölənlərin sayı 48-ə çatıb, 790 nəfər xəsarət alıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub.

Milli.Az