Türkiyəli aktrisa Beren Saat və əri Kənan Doğuluya reklam təklifi gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün münasibətinin yenidən yaxşılaşmasından sonra zinət əşyası brendlərindən biri onlara reklamda çəkilməyi təklif edib. Kənanla Beren bu haqda düşünəcəklərini deyiblər. Cütlük birlikdə reklama çəkiləcəyi təqdirdə 3 milyon lirə qazanacaq.

Qeyd edək ki, onlar 2015-ci ildə də birlikdə reklam filminə çəkilmişdilər.

Milli.Az