Supergüclər nədən çəkinir? (VİDEO)

Supergüclər nədən çəkinir? (VİDEO)
04:16 17 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama və Böyük Britaniya baş naziri Devid Kameron kiber-təhlükəsizlik də daxil olmaqla, iki ölkənin üzləşdiyi bir neçə önəmli məsələ barədə əməkdaşlığı artıracaqlarına söz veriblər.

ANS PRESS-in məlumatına görə, Kameronla birgə mətbuat konfransında prezident Obama bildirib ki, kiber məkanda təhdidlər artması bu qərarın verilməsinə səbəb olub və qərar hər iki ölkənin mühüm infrastrukturlarının, bizneslərinin və insanlarının qorunması məqsədi daşıyır.

Prezident Obama və baş nazir Kameron habelə razılaşıblar ki, Ukraynadakı fəaliyyətlərinə görə, Rusiyaya daha ağır sanksiyalar qoyulmasına ehtiyac var. Hər iki lider Ukraynanı dəstəkləyəcəklərinə söz veriblər.

Müzakirə mövzusu olan digər başlıca məsələ İran olub. Kameron deyib ki, həm ABŞ, həm də Britaniya İranın nüvə silahı istehsal edə bilməsinin qarşısını almaq üçün tam məsuliyyətli olduqlarını dərk edir.

Liderlər həmçinin Ebola, iqlim dəyişikliyi və iqtisadiyyat məsələlərini müzakirə edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR