Kambocanın Kep şəhərində tikintisi davam edən bina çöküb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 36 nəfər ölüb.

Ölənlərdən 14-ü qadın, 6-sı isə uşaqdır.

İlkin məlumata görə, faciəyə səbəb keyfiyyətsiz tikinti materiallardan istifadə olunmasıdır.