Generaldan şok proqnoz

Generaldan şok proqnoz
10:46 17 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropadakı Amerika qruplaşmasının generalı Ben Hoces Rusiya ordusunun bir neçə cəbhədə eyni zamanda müharibə aparmaq gücündə olacağını bildirib.

ANS PRESS-in məlumatına görə, general Rusiyanın hazırda belə bir gücünün olmadığı deyib.

"Hazırda Rus ordusu səfərbərlik həyata keçirmədən bir neçə cəbhədə hərbi əməliyyatlar gücündə deyil. İndi Rusiyanın əli Ukraynadakı münaqişəyə görə bağlıdır. Başqa ölkədə hərbi əməliyyat az ehtimal olunandır. Ancaq 4-5 ildən sonra vəziyyət dəyişə bilər", - deyə general Ben Hoces bildirib.

Hoces Rusiyanın Ukraynadan başqa Gürcüstan və Baltikyanı ölkələrə hərbi müdaxiləsinin mümkün olduğunu deyib.

Qeyd edək ki, ABŞ Rusiyanı Ukraynanın Donbas bölgəsinə qoşun yeritməkdə hərbi əməliyyatları alovlandırmaqda ittiham etsə də rəsmi Moskva bunun əksini deyir. Ötən gün Rusiyanın AŞPA-dakı rəsmi təmsilçisi Andrey Kelin Kiyevin Rusiya qoşunlarının Ukraynada olması haqda sübut təqdim edə bilmədiyini demişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR