Bakı. Trend:

Albaniya höküməti iki iranlı diplomatı ölkədən göndərib.

Trend-ion "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Albaniyanın xarici işlər naziri vəzifəsini icra edən Gent Tsakay deyib.

G.Tsakay bildirib: "İran İslam Respublikasının iki nümayəndəsindən dərhal Albaniya Respublikasının ərazisini tərk etmələri istənib".

Qeyd edilir ki, diplomatların ölkədən çıxarılmalarına səbəb onların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərdə iştirak etmələri olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin