Ötən gün "Alov qüllələri" binasında yerləşən "Park cinema"da "1917" filminin premyerası baş tutub.

Milli.Az xəbər verir ki, kinoteatr filmin təqdimatına xüsusi hazırlaşıb. Qeyri-adi şəkildə dekorasiya edilən kinoteatrda 1917-ci il və müharibə dövrü ab-havası yaradılıb.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

Kinoteatrın girişindən təqdimat mərasiminin keçirildiyi yerə qədər hər tərəfə arasında qumbaralar olan saman kisələri düzülüb, qapıda mühafizəçi əvəzinə əsgər forması geyinmiş aktyorlar dayanıb.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

Filmin təqdimatı kinonun adına uyğun olaraq saat 19:17-də başlayıb. Hətta dəvətnamələr də dekorasiyaya uğunlaşdırılaraq üzərinə "çağırış vərəqəsi" sözləri yazılıb.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

Təqdimat zamanı furşet də özünəməxsusluğu ilə seçilib. Belə ki, bu dəfə hər zamankından fərqli olaraq qonaqlara əsgər qabında, əsgər yeməyi ( qarabaşaq və ət ) verilib. Bundan əlavə dəvətlilərə energetik içkilər və viski də ismarlanıb.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

Qonaqlar hərbi vertolyot maketi, əlində silah dayanmış "əsgər" və 1917 filminin posteri qarşısında şəkillər çəkdirdikdən sonra filmi izləyiblər.

Film I Dünya müharibəsində baş verənlərdən bəhs edir. Filmin rejissoru Sam Mendesdir. Kinonun çəkilişi üçün 100 milyon dollar xərclənib.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

IMdb xalı 8-dən yuxarı olan filmi "Google" istifadəçilərinin 91 faizi bəyənib. Ekran işinin baş rollarına Dean-Charles Chapman, George MacKay və Daniel Mays çəkilib.

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

Kinoya bu gündən etibarən "Park Cinema" kinoteatrlarında baxmaq mümkündür.

Bəxtiyar Umarlı
Milli.Az