Plutonun geriyə hərəkətinin başa çatması bəzi bürclər üçün dəyişikliklər və yeni fürsətlər vəd edir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 15-də Dolça bürcündə irəli hərəkətinə başlayan Plutonun təsiri ilə Buğa, Şir, Əqrəb və Dolça bürclərinin həyatında yeni mərhələ başlaya bilər.
Astrologiyada transformasiya və yenilənmə ilə əlaqələndirilən Plutonun irəli hərəkəti bu bürclər üçün xüsusilə maliyyə, münasibətlər və şəxsi qərarlar baxımından əhəmiyyətli hesab olunur. Bu dövrdə uzun müddətdir təxirə salınan məsələlərin həlli, yeni planların həyata keçirilməsi və həyat tərzində dəyişikliklər gündəmə gələ bilər.
Buğa bürcləri üçün maddi vəziyyətlərini yaxşılaşdırmaq, yeni qazanc imkanlarını dəyərləndirmək və həyat tərzlərində dəyişiklik etmək gündəmə gələ bilər. Şirlər münasibətlərdəki qeyri-müəyyənlikləri aradan qaldıraraq istəklərini daha açıq ifadə edə, iş həyatında səylərinin qarşılığını almaq üçün daha inamlı addımlar ata bilər. Əqrəblər keçmiş inciklikləri geridə qoymaq, yarımçıq qalan söhbətləri tamamlamaq və mühüm qərarlar verməklə rahatlıq tapa bilər. Dolçalar isə uzun müddətdir düşündükləri dəyişiklikləri həyata keçirmək, yeni layihələrə başlamaq və gələcək planlarını müəyyənləşdirmək üçün fürsətlərlə qarşılaşa bilər.