“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IDC”nin məlumatına görə, 2019-cu ilin dördüncü rübündə veb təhlükəsizliyin təmini və messencerlərin müdafiəsi üçün avadanlığın tədarük həcmi 3 ay və ötən illə müqayisədə müvafiq olaraq 6,8% və 24,6% artıb. Müdaxilənin aşkar edilməsi və qarşısının alınması sistemləri seqmentlərində, həmçinin hibrid VPN həlləri və IPsec VPN-də azalma qeydə alınıb.
Həmçinin araşdırmada informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş ən böyük qurğu istehsalçılarının reytinqi göstərilir. Bazarın lideri 2019-cu ilin son üç ayının nəticəsinə görə belə avadanlıqların satışından 757,5 milyon dollar qazanmış “Cisco” şirkətidir. “IDC” şirkəti ABŞ-ın “Cisco” şirkətinin bazar payını 15,8% səviyyəsində qiymətləndiriblər.
Emil Hüseynov