Feysbuk, Google, Microsoft, Reddit və Tvitter şirkətinin nümayəndələri karonavirusa qarşı birgə mübarizə aparacaqlarını bildiriblər.
Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətlər rəsmi hesablarında əsas məqsədlərinin virusla bağlı yalan məlumatların qarşısının alınması olduğunu bildiriblər.
Xatırladaq ki, Feysbuk və Tvitter rəsmiləri bir neçə gün öncə koronavirusla bağlı yalan məlumat yayanların hesablarını bağlamaqla əlaqədar qərar qəbul edib.
Google şirkəti isə yanlış məlumat yayan istifadəçilər üçün 24 saat fasiləsiz işləyən sistem tətbiq edib.
Milli.Az