Sosial şəbəkə nəhəngi "Facebook"un hissələrinin dəyər qazanması nəticəsində şirkətin qurucusu Mark Zukenberqin şəxsi sərvəti 100 milyard dolları keçib.
Metbuat.az xəbər verir ki, "İnstaqram" üzərindən istifadə ediləcək "Reels" proqramının tanıtımından sonra şirkətin dəyəri 6% yüksəlib. Zukenberqin "Facebook"da 13% hissəyə sahibdir.
Bununla da Zukenberq sərvəti 100 milyardı keçən milyarderlər sırasına qoşulub. O, təkcə bu il 22 milyard dollar qazanıb.
Mənbə: Sondakika.com