Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binasından yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.