Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Metbuat.az xəbər verir ki, ilk dəfə turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.
Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ bir oyundan ibarət olduğundan "Şkendiya" 2-ci raunda yüksəlib.
Debütü uğursuz olan "Sumqayıt" isə mübarizəni dayandırıb.