"Real"la yolları ayrılan Karlo Ancelottinin gələcəyi hamıda maraq doğurur.

Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, italyan mütəxəssis "Liverpul"u çalışdırmaq istəyir. Amma ilk olaraq o, onurğasındakı əməliyyat səbəbiylə müəyyən müddət futboldan uzaq qalmaq fikrindədi.

Qeyd edək ki, 55 yaşlı çalışdırıcı daha öncə İngiltərədə "Çelsi"nin baş məşqçisi olub.

Brendan Rocers "Stok Siti"ilə görüşdə qeydə alınan biabırçı (1:6) məğlubiyyətdən sonra komandanı tərk etməyə hazır olduğunu bildirmişdi.