“Vyanada davam edən nüvə danışıqlarında əsas sanksiyaların ləğv edilməsi barədə razılıq əldə olunub”.

Metbuat.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani açıqlama verib. O bildirib ki, hazırda bəzi kiçik detalların müzakirəsi davam edir.

“Bütün banklarla bağlı qadağaları aradan qaldırmağı qəbul etdilər. Bu iş bitdi. Bu hökumət gedənə qədər qadağaların da koronanın da belini qıracağıq” - deyə Ruhani deyib.

Anar Türkeş / Metbuat.az