Avstriyanın paytaxtı Vyanada “Diqqət edin, yaxınlıqda siyasi İslam var (məscid)” işarələri mübahisələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, şəhərin bir neçə yerində və məscidlərin yanında görülən "xəbərdarlıq nişanlarının" sağçı qüvvələr tərəfindən yerləşdirildiyi məlum olub.

İrqçi ifadələri görənlər, polisi bu məsələdə tədbirlər görməyə çağırıblar. Vyana Konstitusiyanı Qoruma İdarəsi sözügedən işarələrlə əlaqədar istintaq başlatdıqlarını eyni üsulun 80 il əvvəl yəhudilərə tətbiq edildiyi bildirib.

1938-ci ildə Vyana küçələrində asılmış bir lövhədə "Yəhudi Məhəlləsinə Diqqət Edin" deyilirdi . Digər tərəfdən, Vyana Bələdiyyə Başçısı Michael Ludwig xəbərdarlıq lövhələrini tənqid edərək "Mən özlərinə insanları damğalamaq məqsədi qoyan bu həddindən artıq sağçı dairələrin şiddətli hərəkətlərini qınayıram" deyib.

83 il sonra Hitlerin ruhu "xortladı" -

83 il sonra Hitlerin ruhu "xortladı" -