Albaniyanın nüfuzlu Tirana universitetinin nəzdində olan xəstəxananın professoru Miftar Torbanın çağırışı böyük rezonans doğurub.

Metbuat.az xəbər verir ki, o rüşvət aldığına görə iki həmkarının həbs olunmasına etiraz edib.Elm adamı bildirib ki, rüşəvti rəsmiləşdirmklə problemi aradan qaldırmaq olar. 800 dollar civarında məvacib aldıqlarını deyən Torba, bu məbləğin az olduğunu bildirib:

“Dövlət aldığımız rüşvəti tamamilə qadağan edərsə sabah xəstəxanaya gələn həkim olmayacaq. Bizə verilən rüşvəti resepşnə versinlər. Rüşvətin miqdarını dövlət eyil xəstəxanaların özü müəyyən etməlidir”.