Albaniya Əfqanıstanda amerikalı hərbçilərə və diplomatlarla köməklik göstərən qaçqınları ABŞ-ın xahişi ilə müvəqqəti olaraq öz ərazisində yerləşdirməyə hazırdır.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama tvitter səhifəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Administrasiyası NATO-nun üzvü olan Tiranadan Əfqanıstandan təxliyə olunan, ABŞ-a daxil olmağı gözləyən qaçqınlar üçün tranzit məntəqə rolunu oynamağı xahiş edib.