Albaniyanın Baş naziri Edi Rama yeni hökumətin tərkibini açıqlayıb.

Metbuat.az “Kurir” nəşrinə istinadən xəbər verir ki, yeni hökumətdə 16 nazirdən 12-si qadındır.

Ramanın müavini Arben Ahmetay olacaq.

Xatırladaq ki, Ramanın rəhbərlik etdiyi Albaniya Sosialist Partiyası aprelin 25 -də keçirilən parlament seçkilərində qalib gəlib.