"Hər kəs ŞƏT-in genişləndiriləcəyi və ya əksinə, olduğu vəziyyətdə qalacağı haqqında qərarları gözləyir", - B.Hakimov qeyd edib.
"Amma biz Hindistan və Pakistanın təşkilata qəbulu ilə bağlı prosedurun başlanması üçün müəyyən konkret qərarların qəbul olunacağına ümid edirik. Biz son günlər tərəfdaşlarımızdan ümidverici siqnallar alırıq. Amma bizim təkliflərimiz daha genişdir. O cümlədən 12 ölkə təşkilata bu və ya digər qisimdə daxil olmaq niyyətindədir. Namizədlər sırasında Azərbaycan və Ermənistan da nəzərdən keçirilir. İran tamhüquqlu üzv kimi daxil olmaq istəyir, Belarus müşahidəçi statusunda iştirakını təmin etmək niyyətindədir. Müraciət edən ölkələr arasında Nepal, Kamboca da var, bu yaxınlarda Suriya və Misir təşkilata müraciət edib", - diplomat bildirib.