Türkiyənin Uşak vilayətində 1800 il əvvələ aid qaya məzarları tapılıb.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, məzarlar Böyük İsgəndərin əsgərlərinə aiddir. Ərazidə 400 məzarın olduğu deyilir.

Mağaraya girəndə gördüklərinə İNANMADI:

Həmçinin qazıntılar zamanı Bizans və Roma dövrünə aid bir sıra əsərlər üzə çıxıb. Məlumata görə, tarixi tapıntıların üzə çıxdığı ərazi Blaundos antik şəhərinin ərazisidir.

Mağaraya girəndə gördüklərinə İNANMADI:

Böyük İsgəndərin Anadoluya səfəri zamanı Makedoniyadan gələnlər məhz bu ərazilərə yerləşib.

Qeyd edək ki, tapıntı yerli sakinlərin də marağına səbəb olub. Tarixi məkanı yaxından izləmək üçün yerli sakinlər əraziyə gəlir.