Nüvə sazişinə dair danışıqlar noyabr ayının 29-da başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, danışıqlar Vyanada keçiriləcək. Məlumata görə, görüş ərəfəsində nüvə sazişi ilə bağlı Avropa Birliyinin nümayəndələri ilə telefon danışıqları keçirilir.

Tərəflər görüşün tarixi barədə razılığa gəlib. Qeyd edək ki, nüvə danışıqlarına İrandakı hökumət dəyişikliyi səbəbilə fasilə verilib.