“Vyanada davam edən nüvə danışıqlarında nəticə əldə etmək olar”.
Metbuat.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Hüseyin Əmir Abdullahiyan açıqlama verib. O bildirib ki, danışıqların müsbət yekunlaşması üçün qərb xoş niyyətini ortaya qoymalıdır. Diplomat qadağaların aradan qaldırılmasının danışıqların əsas müzakirə mövzusu olduğunu deyib.
“Biz nəticə verəcək dialoq istəyirik” - deyə İranlı nazir bildirib.