Astarada minik avtomobili ilə toqquşan ağırtonnajlı maşın aşıb, yaralı var

Astarada minik avtomobili ilə toqquşan ağırtonnajlı maşın aşıb, yaralı var
09:12 19 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-ya verdiyi məlumata görə, hadisə yanvarın 18-də saat 21.40 radələrində Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Taleh İsmayıl oğlu Zalovun idarə etdiyi “MAN” markalı ağırtonnajlı yük maşını Astara rayon sakini, 1985-ci il təvəllüdlü İsrafil Eynulla oğlu Qasımovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.
Yük maşını zərbədən idarəetmədən çıxaraq aşıb. Sürücü Taleh Zalov yüngül xəsarət alıb.
“VAZ-2106”-nın sürücüsü isə xəsarət almayıb.
 
Qəzadan sonra magistral yolda təxminən yarım saat nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerinə gələn yol polislərinin müdaxiləsi sayəsində yolda hərəkət bərpa olunub.
 
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR