ABŞ Vyanada davam edən nüvə danışıqlarında nəticə əldə ediləcəyinə inanır.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib. Bildirilib ki, danışıqların nisbətən müsbət istiqamətdə davam etməsinə baxmayaraq, bu barədə qəti fikir söyləmək üçün tezdir. ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı işləri sürətləndirməsindən narahatdır. Bu amilin nüvə danışıqlarına təsir edəcəyindən ehtiyat edilir.
Qeyd edək ki, Vyanada nüvə danışıqlarının 8-ci mərhələsi iki gün əvvəl başlayıb.