"Keşlə" klubu qış transfer dönəmində növbəti transferini edib.
Metbuat.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.
O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.
Xatırladaq ki, F.Floresin son klubu Hondurasın "Real CD España" komandası olub.
