1922-ci ildə xalq artisti, müğənni Sara Qədimova anadan olub
Bu günün namaz vaxtları
Fəcr - 04.47
Günəş - 06.14
Zöhr - 13.42
Əsr - 18.19
Məğrib - 21.18
İşa - 23.00
Eradan əvvəl 1279-cu ildə Qədim Misirdə II Ramzes taxta çıxıb
1048-ci ildə şair, münəccim və riyaziyyatçı Ömər Xəyyam anadan olub
1223-cü ildə Kalka çayı adlı muharibədə Monqol ordusu Şərq Slav ordusu ilə savaşdı.
1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbiməktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
1898-ci ildə xanəndə Zülfü Adıgözəlov dünyaya gəlib
1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi.
1912 - Azərbaycanın neft-qaz sənayesi sahəsində tanınmış alimi, professor Sabit Orucov (1912-1981) anadan olmuşdur. Sibirdə və Orta Asiyada yeni qaz yataqlarının kəşfi və istismarına
rəhbərlik edib, SSRİ-nin qaz sənayesi naziri (1972-1981) olub.
1922-ci ildə xalq artisti, müğənni Sara Qədimova anadan olub.
1923-cü ildə Monako knyazı III Renye dünyaya gəlib.
1929-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov dünyaya gəlib.
1955-ci ildə türk müğənnisi Nilufər dünyaya gəlib.
1974-cü ildə türk müğənnisi Kənan Doğulu dünyaya gəlib
1988-ci ildən Ümumdünya tütünə yox günüdür
2001 - MDB dövlət başçılarının Minsk sammitində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Heydər Əliyev, Robert Koçaryan və Vladimir Putin arasında keçirilən görüşdə Qarabağ problemi müzakirə olunub.
Milli.Az