ABŞ-a səyahət edən şəxslərdən COVID-19 testi tələb olunmayacaq

ABŞ-a hava nəqliyyatı ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, bu, iyunun 12-dən etibarən qüvvəyə minib.

Bununla belə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi qərara əsasən, ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayan şəxslər əvvəlki kimi peyvənd şəhadətnaməsini təqdim etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR