Lənkəranda avtomobil iki nəfəri vurub, onlardan biri ölüb

13:02 25 Dekabr 2014
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 12:57 ]

 

Bakı. Fuad Cəfərov -APA. Lənkəranda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də saat 02 radələrində Lənkəran rayonunun Girdəni kəndində rayon sakini Seymur Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerliləri Teymur Ağayevi və İmran Qənbərovu vurub. İ.Qənbərov hadisə yerində dünyasını dəyişib. T.Ağayev xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR