Feysbukun işində problem yaranıb.
Metbuat.az xəbər verir ki, sosial media istifadəçiləri bununla bağlı paylaşımlar ediblər.
Məlumata görə, dünyanın bır sıra ölkələrində feysbuk istifadəçiləri ana səhifədə yaşanan xətaya görə paylaşımları ənənəvi qaydada izləyə bilmir. Sosial media istifadəçilərinin ana səhifəsində dostlarının və izlədikləri səhifələrin paylaşımları deyil, qəribə postlar çıxır. Bu qəribə postlar məşhurların profillərinə yazılan rəylərdən, birgə tağlardan və digər paylaşımlardan ibarətdir. Feysbuk məsələ barədə hələlik açıqlama verməyib.