Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astana keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan idmançılarda Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) buna nail olublar.

Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzublar.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.