Azərbaycanın “Judo Club 2012” komandası cüdo üzrə klublararası Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib.

Metbuat.az xəbər verir ki, yarışda ilk dəfə iştirak edən təmsilçimiz Fransanın paytaxtı Parisdə Gürcüstanın “Golden Gori” komandasını 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnirin əvvəlki qalibi Fransanın PSJ klubudur