"Ay raketinin Ayın orbitinə altı həftəlik uçuşu uğurlu olarsa, bu, bir neçə ildən sonra astronavtların Aya qayıtmasına səbəb ola bilər".

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NASA administratoru Bill Nelson NASA-nın "Artemis İ" test uçuşları haqqında danışarkən deyib.

"Bu dəfə Aya geri qayıdacağıq, orada yaşayacağıq, orada öyrənəcəyik. Marsda insanlarla birgə yaşaya bilək deyə biz yeni texnologiyalar inkişaf etdirəcəyik".

Nelson bildirib ki, məqsəd başqa dünyalarda yaşamağın yollarını inkişaf etdirməkdir:

"Başqa dünyalarda yaşam kosmik gəmilərdə üzən dünyalar ola bilər, Marsın səthi ola bilər. Ancaq bu, bizim araşdırmaq, bu kainatda nə olduğunu tapmaq axtarışımızın yalnız bir hissəsidir" - Nelson deyib.

Nelson, həmçinin bildirib ki, uçuşun əsas məqsədi istilik qalxanını sınaqdan keçirməkdir, çünki bunu laboratoriyada sınaqdan keçirmək mümkün deyil. Beləliklə, istilik qoruyucusu sağ qalarsa və gözlənilən şeyi edərsə, bu, uğurlu bir sınaq hesab olunacaq.