Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.
Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma noyabrın 20-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oyun Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoldaşlıq matçı keçirəcək.