"Google" axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyinə həsr edilən dudl hazırlayıb.
Metbuat.az xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü" ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid olur.
Xatırladaq ki, dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.