Rusiyanın paytaxtı Moskvada yüksək hazırlıq səviyyəsi, ilhaq edilən 4 bölgədə isə hərbi vəziyyət elan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putin açıqlama verib. Putinin imzaladığı sərəncama əsasən Ukrayna ilə sərhəddə yerləşən 8 bölgəyə giriş-çıxış qadağan edilib. Bu qərar Belqorod, Bryansk, Voronej, Kursk, Rostov və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım və Sevastopol ərazilərini əhatə edir.
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi video-konfransda bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Baş nazir Mixail Mişustinin rəhbərliyi altında koordinasiya şurası qurulub.