Bakı şəhərinin Xətai rayonunda 10 m² sahədə qamışlıq yanıb.
Metbuat.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yüksək temperaturdan yaxınlıqda olan ikimərtəbəli binanın çöl divarından keçən elektrik kabeli və plastik su boruları 6 p.m əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.