Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədər Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə səfir tviter hesabında paylaşım edib.

“İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”, - səfir qeyd edib.