“İranla danışıqlar apardığımızı düşünmürəm. Bu və ya digər şəkildə yaxın zamanda nəsə olacaq”.
Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında deyib.
“Bir çox insan bunun seçkilərdən sonra baş verəcəyini düşünür. Görək nə olacaq”, – deyə Tramp bildirib.
O, bölgədən çəkilə biləcəklərini, lakin hücumların təsirinin uzun müddət davam etməsini istədiklərini vurğulayıb.