“AzərEnerji” ASC-də yeni təyinat olub.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə İlyas Abdiyev Ticarət departamentinin Bazar əməliyyatları şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İlyas Abdiyev 6 ilə yaxındır ki, “Azərenerji” ASC-də çalışır. O, bu təyinata qədər həmin deparamentdə Elektrik enerjisi bazarı əməliyyatları üzrə şöbə rəisinin müavini, böyük mütəxəssis və aparıcı mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

O, 2020-ci ildə “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparıcı mütəxəssis işləyib.