Tovuzda 56 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Elman Hüseynov yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.hüseynov ailəli olub, 4 övladı var. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.