UEFA "Qəbələ" klubuna ödəniş edib.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, Avropa futbol qurumu U-19 komandası Gənclər Liqasında çıxış etdiyi üçün "qırmızı-qaralar"a 35 500 avro maliyyə vəsaiti ödəyib.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.