Azərbaycan Xarici İşlər Nazirliyi Bosniya və Hersoqovinanı Milli Gün münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.

“Milli Gün münasibətilə Bosniya və Hersoqovina hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Bosniya və Hersoqovina!”, - paylaşımda bildirilib.