Rusiya tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva-Dəməşq-Ankara görüşünün təşkil edilməsi barədə təklifinə müsbət yanaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib. O bildirib ki, Moskva Rusiya, Türkiyə və Suriya liderləri arasındakı görüşün keçirilməsinə müsbət yanaşır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən rusiyalı həmkarı Vladimir Putinə 3-lü görüşün keçirilməsini təklif etdiyini açıqlayıb. Ərdoğan bildirib ki, Putin toplantının keçirilməsinə müsbət cavab verib.

Suriya Türkiyənin ölkənin şimalında hərəkat keçirməsinə qarşı çıxıb. Suriya bəyan edib ki, Türkiyə hərəkat təşkil edərsə, Suriya ordusu cavab verəcək.