Azərbaycanla Serbiya arasında qarşılıqlı investisiyanın təşviqi müzakirə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında məlumat verib.

"Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb", - nazir bildirib.