Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla Agentliyin İdarə Heyətinin sayı artırılaraq 4 edilib.

Əvvəl isə Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ibarət idi.